Hacıqabul Quşçuluq Şirkətində şəhidlərin əziz xatirəsi anılıb

Sentyabr 27, 2025 - 17:27
 0  3
Hacıqabul Quşçuluq Şirkətində şəhidlərin əziz xatirəsi anılıb

Hacıqabul Quşçuluq Şirkətində “27 sentyabr - Anım Günü” ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Anım Günü ilə bağlı video çarx nümayiş olunub .

Tədbirdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Vurğulanıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. 

Xüsusi vurğulanıb ki, Hacıqabul Quşçuluq Şirkətinin rəhbərliyi ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərir. Hazırda şirkət 80-ə yaxın şəhid ailəsi, qazi və müharibə iştirakçısını işlə təmin edib. 

Daha sonra tədbirdə çıxış edən qazilər dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda şəhid və qazi ailələrinə ərzaq sovqatları paylanılıb.

Sənin reaksiyan nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Hirsli Hirsli 0
Kədərli Kədərli 0
Vay! Vay! 0