Restoran və şadlıq evlərində reydlər keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinə, o cümlədən, restoran və şadlıq saraylarının məsul şəxslərinə xəbərdarlıq edir.
Agentlik bildirir ki, yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir.
Agentlik tərəfindən reydlər həyata keçiriləcək və tələblərə əməl etməyən ictimai iaşə müəssisələri, xüsusilə də restoran, şadlıq sarayları barəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcəkdir.
Sənin reaksiyan nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Hirsli
0
Kədərli
0
Vay!
0