Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən növbəti səriştəlilik sınağının nəticələri açıqlanıb. Ət nümunəsində Salmonella spp. təyini üzrə keçirilmiş sınaqlarda ümumilikdə 7 laboratoriya iştirak edib.
Sınaqların nəticələrinə dair hesabat İnstitutun rəsmi internet səhifəsində –
afsi.gov.az ünvanında, “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” adlı alt bölməsindəki “Hesabatlar”da yerləşdirilib. Nəticələr konfidensiallığın qorunması məqsədilə individual nömrələrlə təqdim olunub. İştirakçılar öz laboratoriya nömrələri vasitəsilə nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, sınaqlar beynəlxalq ISO/IEC 17043 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartı əsasında keçirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun şəkildə keçirilən səriştəlilik sınaqlarından uğurla keçmiş laboratoriyaların sınaq nəticələrini tanıyır və etibarlı hesab edir.