Coca-Cola-nın dəstəyi ilə ölkənin ən böyük musiqi festivallarından biri keçirilib

Sentyabr 23, 2025 - 11:44
 0  1
Coca-Cola-nın dəstəyi ilə ölkənin ən böyük musiqi festivallarından biri keçirilib
“Coke Studio ilə Xəzər Festivalı” son illər ölkənin ən böyük musiqi tədbirlərindən birinə çevrilib.
 
Coca-Cola Azərbaycan və Xəzər TV-nin birgə əməkdaşlığı ilə keçirilən tədbir bu il də uğurla yekunlaşdı. Minlərlə insanın iştirak etdiyi festival yalnız musiqi şousu deyil, həm də gənclər, ailələr, müxtəlif bölgələrdə olan insanların birlik, əyləncə və enerji platformasına çevrildi və ölkə miqyasında ən mühim mədəniyyət hadisələrindən biri kimi yadda qaldı. 
 
Festival Azərbaycanın dörd bölgəsi– Qəbələ, Lənkəran, Sumqayıt və Bakını əhatə etdi. Hər şəhərdə açıq hava konsertlərinə minlərlə insan toplaşaraq festival ab-havasını yaşadı. 
 
“Coke Studio ilə Xəzər Festivalı” həm də Jah Khalibi paytaxt Bakının səhnəsindən dinləyiciləri ilə görüşdürdü.  Sevimli hitlərini canlı ifa edən sənətçini fanatları və həm paytaxtdan, həm də digər bölgələrdən gələn dinləyicilər böyük sevinclə qarşıladı. 
 
Azərbaycanın ən populyar ulduzuları da festivalda təmsil olunaraq bayram əhval ruhiyəsi yaratdılar. Murad Arif, Hiss, Cin, Səmra, Mehin və daha onlarla ifaçı festival müddətində öz üslubları ilə auditoriyaya unudulmaz anlar yaşatdılar. Müxtəlif janrların bir araya gəlməsi festivalı universal etdi.
 
Konsert məkanlarında xüsusi yaradılan “Coke Zone” festivalın özünəməxsus cazibə mərkəzinə çevrildi. Burada insanlar musiqi dinləməklə yanaşı, həm də dostları ilə görüşdü, interaktiv oyunlarda iştirak etdi, Coca-Cola ilə sərinlədi. Beləcə, festival yalnız musiqi yox, həm də sosial təcrübə oldu.
 
“Coke Studio ilə Xəzər Festivalı” bu yay Azərbaycan musiqi həyatında ölçü və miqyası ilə seçilən ən böyük hadisələrdən oldu. Festival təkcə musiqisevərlərin deyil, həm də mədəniyyət və sosial həyatın diqqət mərkəzinə çevrildi. 
 
1
1
1
1
1
1
1

Sənin reaksiyan nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Hirsli Hirsli 0
Kədərli Kədərli 0
Vay! Vay! 0