Azərbaycandan Çinə fındıq və badam ixrac ediləcək

İyun 23, 2025 - 05:34
 0  0
Azərbaycandan Çinə fındıq və badam ixrac ediləcək

Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixracı üçün intensiv tədbirlər həyata keçirilir.

Bu barədə  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər aparılır.

Eyni zamanda, Çinə fındıq və badam məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlarla görüşlər keçirilib və idxal tələbləri barədə ətraflı məlumatlar verilib.

Sənin reaksiyan nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Hirsli Hirsli 0
Kədərli Kədərli 0
Vay! Vay! 0