Coca-Cola Azərbaycan minlərlə gəncin Məzun Gününə dəstək olub

İyul 11, 2025 - 10:55
 0  1
Coca-Cola Azərbaycan minlərlə gəncin Məzun Gününə dəstək olub
Daim gənclərin yanında olan, dünyada milyonlarla insanın sevilən sərinləşdirici içki brendi Coca-Cola bu il də Azərbaycan universitetlərinin Məzun Gününə dəstək olub. Belə ki, ötən illərlə müqayisədə dəstəyin həcmi artaraq ölkənin 7 aparıcı universitetini əhatə edib. 
 
Minlərlə gəncin sevincinə şərik olan şirkət tədbirlərdə sərinləşdirici içki dəstəyi də göstərib. 
 
Coca-Cola Azərbaycan şirkətinin İctimaiyyətlə əlaqələr ve kommunikasiya şöbəsinin rəhbəri Türkan Manaflı bildirib ki, şirkət məzunların yanında olmaqdan qürur duyur:
 
“Məzun Günü gənclərin həyatında yeni bir mərhələnin başlanğıcıdır. Biz də bu əlamətdar gündə onların yanında olaraq, sevincini paylaşmaqdan və unudulmaz xatirələr yaratmaqdan fərəh hissi keçiririk.  Hər məzuniyyət bir başlanğıcdır — biz bu başlanğıclarda onların yanında olmaqdan qürur duyuruq. Məzunların hər birinə gələcək həyatlarında uğurlar arzulayırıq!”  
 
Xatırladaq ki, Coca-Cola-nın hazırda “Musiqi 2025” kampaniyası keçirilir. Bu il 10 sentyabra qədər davam edəcək kampaniyaya daxil olan məhsullar xüsusi etiketli və sarı qapaqlı 0.5 litrlik “Coca-Cola”  Klassik, “Coca-Cola” Sıfır Şəkər, “Fanta” Portağal  və “Sprite”dır. 
 
 
 
 
1
1
1
facebook sharing button
whatsapp sharing button
telegram sharing button
messenger sharing button
twitter sharing button
email sharing button

Sənin reaksiyan nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Hirsli Hirsli 0
Kədərli Kədərli 0
Vay! Vay! 0