Coca-Cola Azərbaycan UNEC ilə memorandum imzalayıb

İyul 19, 2025 - 03:45
 0  3
Coca-Cola Azərbaycan UNEC ilə memorandum imzalayıb

Coca-Cola Azərbaycan şirkəti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlığa dair memorandum imzalayıb.
İmzalanma mərasimində Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova, şirkət nümayəndələri, UNEC-in rektoru professor Ədalət Muradov və universitetin rəhbər heyəti iştirak ediblər.
 
Memorandumda UNEC tələbələrinin istehsalat təcrübəsində iştirakı, məzunların işə qəbul imkanlarının genişləndirilməsi, şirkət nümayəndələrinin iştirakı ilə seminar və təlimlərin təşkili, karyera günlərində iştirak nəzərdə tutulur.
 
Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova bu əməkdaşlığın tələbələrə təcrübə imkanı yaratdığını bildirib: 
 
“Bizim gənclər üçün böyük imkanlarımız var. Onlarla bu imkanları bölüşməkdən məmnun oalcağıq. Tələbələrin də ideyalarının və bacarıqlarının bizim üçün faydalı olacağına inanırıq. Əməkdaşlığımız onların əmək bazarının tələblərinə cavab verən mütəxəssislər kimi yetişməyinə töhfə verəcək. Əminəm ki, bu əməkdaşlıq bundan sonra uzun illərin ənənəsinə çevriləcək”.
 
Xatırladaq ki, Şirkətin əməkdaşlıq etdiyi universitetlər siyahısına isə  Bakı Dövlət Universiteti, Azərbaycan Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həmçinin Azərbaycan Texniki Universiteti daxildir.
 
Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca-Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub. 

MyAgro

Sənin reaksiyan nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Hirsli Hirsli 0
Kədərli Kədərli 0
Vay! Vay! 0