Pendir sexində nöqsanlar aşkarlanıb

Avq 22, 2025 - 15:54
 0  0
Pendir sexində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Seyid Yusifli kəndində Sahib Müzəffər oğlu Qasımova məxsus pendir sexində plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisənin südün bişirilmə sahəsinin döşəməsinin təmirsiz olduğu, təmizlik işlərinin həyata keçirilmədiyi, südün bişirilməsi sahəsindən mayalanma sahəsinə daşınmasında istifadə edilən boruların tələblərə uyğun olmadığı, alət və avadanlıqların, eləcə də qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi məlum olub.

Müəssisədən yaxma nümunələri götürülüb, mayalanma çənində uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. İcrası məcburi göstərişlər verilib.

Sənin reaksiyan nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Hirsli Hirsli 0
Kədərli Kədərli 0
Vay! Vay! 0