Dubayda satılan qəhvə Ginnesin Rekordlar Kitabına düşdü

Sentyabr 25, 2025 - 09:27
 0  0
Dubayda satılan qəhvə Ginnesin Rekordlar Kitabına düşdü

Ən bahalı qəhvə Dubayda satılıb. Onun bir fincanının qiyməti 680 dollar olub.

Oxu.Az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının yaydığı bəyanatda deyilir.

"Ən bahalı bir fincan qəhvə 2500 dirhəm (680 dollar) dəyərindədir və 13 sentyabr 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Roasters Specialty Coffee House"da dəmlənib", - bəyanatda bildirilir.

Qeyd olunub ki, qəhvənin dəmlənməsində ən nadir və eksklüziv sortlardan biri - Panamadakı "Hacienda La Esmeralda" fermasında yetişdirilən "Geisha" qəhvəsindən istifadə olunub.

Sənin reaksiyan nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Hirsli Hirsli 0
Kədərli Kədərli 0
Vay! Vay! 0